backend

Ermənistan mətbuatı: Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də Parisdə görüşəcəklər”. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq, tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinə toxunacaqlar.

APA-nın məlumatına görə, noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan prezidentlərinin də bu toplantı çərçivəsində görüşmələri gözlənilir.

Ermənistan mətbuatı: Azərbaycan və Ermənistan prezidentləri dekabrın 1-də görüşəcək