backend

NATO vurulan rus təyyarəsi ilə bağlı açıqlama verib

NATO vurulan rus təyyarəsi ilə bağlı açıqlama verib




NATO Rusiyanın "Su-24" qırıcısının Türkiyə tərəfindən vurulması ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “AFP”-də yer alıb.

Xəbərə görə, Suriya yaxınlığında sərhədləri pozduğu üçün F-16 tərəfindən vurulan Rusiyanın "Su-24" qırıcısı ilə bağlı NATO açıqlama yayıb.

Açıqlamada “NATO vəziyyəti diqqətlə izləyir. Türkiyəli rəsmilərlə təmaslar qururuq” sözləri yer alıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri Rusiya qırıcısına 5 dəqiqə içərisində 10 dəfə xəbərdarlıq etdiyini bildirmişdi.