backend

Ramzan Kadırov Türkiyəni yenә tәhdid etdi

Ramzan Kadırov Türkiyəni yenә tәhdid etdi


Ramzan Kadırov Türkiyəni yenә tәhdid etdi
Çeçenistan prezidenti Ramzan Kadırov Türkiyəni yenidən hədəf alıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə o, özünün “ВКонтакте” sosial şəbəkəsindəki səhifəsində yazıb.

R.Kadırov Türkiyə KİV-lərinin “türklər çeçen xalqına həmişə kömək edib” məzmunlu bəyanatını rədd edərək bunun belə olmadığını iddia edib. R.Kadırov Türkiyəni həmçinin İŞİD terror qruplaşmasına yardım göstərməkdə ittiham edib.

“Türkiyə bu gün terrorçuların ələ alınması və Suriyaya göndərilməsi üçün baza rolunu oynayır. Dünyanın hər yerindən olan bandit və quldurlar Suriyaya Türkiyə vasitəsilə gedirlər. Türklər isə yalnız tək-tük adamları tutur. Türkiyə İŞİD-lə əsla mübarizə aparmır! Türkiyə İŞİD-lə biznesə girib, onlardan neft alır, minlərlə müsəlmanı qıran bu İslam düşmənlərini maliyyələşdirir” - deyə R.Kadırov yazıb.

R.Kadırov Türkiyəni XIX əsrdə çeçen xalqını aldatmaqda, onları qırıb məhv etməkdə suçlayıb.

Xatırladaq ki, R.Kadırov bundan əvvəl də Türkiyəni Rusiyanın Su-24 təyyarəsini vurmasına görə ittiham və təhdid etmişdi.