backend

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi

Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının yaradılmasının 20 illiyinə həsr olunmuş “Uğurdan - uğura 20 il” adlı yubiley tədbiri keçirilmişdir.
Yubiley tədbirinin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Four Seasons otelinin “Segah” zalında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvləri, YAP-ın İdarə Heyəti və Siyasi Şurasının təmsilçiləri, YAP Gənclər Birliyinin nümayəndələri, eləcə də partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək, rəhbərlik etdiyi qurumun ötən 20 il ərzində gördüyü işlər barədə geniş məlumat vemişdir.
Yubiley tədbirində həmçinin, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisinin deputatı, Naxçıvan MR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri Pərvin Kərimzadə çıxış etmişlər.
Daha sonra tədbirdə YAP Qadınlar Şurasının fəal üzvləri mükafatlandırılmışdır.
Yubiley tədbirində Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov yekun nitqi ilə çıxış etmişdir.