backend

Rusiyada dəhşətli yanğın: 21 ölü

Rusiyada dəhşətli yanğın: 21 ölü
Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə güclü yanğın baş verib.

APA-nın məlumatına görə, baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb.

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, - Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.

Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir. Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.

İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.