backend

Dostunu yediyinə görə 1 milyon - Təzminat

Dostunu yediyinə görə 1 milyon - Təzminat

Meksikada dəniz səyahətinə çıxan gənc dostunun ətini yeməkdə ittiham olunur.

qaynarxett.az-nun xəbərinə görə, 36 yaşlı Salvador Alvirenc 2 il əvvəl dostu Esekuel Kordob ilə dəniz gəzintisinə çıxıb.

Onların olduğu gəmi fırtınaya düşüb, 15 ay sonra Marşal adalarının sahilinə çıxmağı bacaran Alvirenc ölkəsinə qayıdıb.

Dostu Kordobun aclıqdan öldüyünü bildirən Alvirencin sözlərinə görə, bu müddətdə balıq və quş ovlayaraq qidalanıb.

Kordobun ailəsi onun cəsədini görmədiyi üçün Alvirenci övladlarının yediyi iddiasını irəli sürüb. Ailə 1 milyon dollar təzminat tələb ilə məhkəməyə müraciət edib.