backend

Məhkəmə Telman İsmayılovu müflis elan etdi

Məhkəmə Telman İsmayılovu müflis elan etdi



Məşhur azərbaycanlı oliqarx, Rusiyanın ən varlı şəxslərindən biri sayılan Telman İsmayılov barəsində məhkəmə hökmü çıxıb.

Azerinform.az Ölkə.az-a istinaden xəbər verir ki, Moskva vilayətinin arbitraj məhkəməsi oliqarxın müflis olduğunu təsdiq edib.

Xatırladırıq ki, Telman İsmayılovun borclandığı Boris Zubkov 19 noyabr tarixində məhkəməyə müraciət etmişdi. Ondan əvvəl, oktyabr ayında isə Moskva bankı Telman İsmayılovun müflis oloduğu haqda məhkəmədə iddia qaldırmışdı. Bu gün məhləmə faktı təsdiq edib və İsmayılovun müflis olduğunu tanıyıb.

Qeyd edək ki, adı çəkilən bank 2012-2014-cü illər arasında Telman İsmayılova məxsus iki şirkətə ümumilikdə 230 milyon dollar kredit verib və hazırda bu pulu qaytarmaq üçün çalışır.