backend

Tanınmış müğənni intihar etdi – Foto/Video

Tanınmış müğənni intihar etdi – Foto/Video

Bakıda müğənni intihar edib.

qaynarxett.az-nun məlumatına görə, Elvin Ordubadlı adlı müğənni özünü öldürüb.

Dostları onun Feysbuk səhifəsində intihar etdiyi barədə məlumat yayıblar. Gənc ifaçının canına qıymasının səbəbləri bilinmir.

E.Ordubadlı "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi olub. Bundan başqa, müğənni Azərbaycanı 2014-cü ildə "Türkviziya" musiqi yarışmasında Elza Seyidcahanın bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı ilə təmsil edib.

O, 1989-cu il noyabrın 1-də Naxçıvanda anadan olub. Ailəli idi, iki övladı var.

***

Aldığımız məlumata görə, Elvin Ordubadlı Bakıxanov qəsəbəsində yerləşən binaların birindən özünü atıb.

Mərhum müğənninin ifalarından birini təqdim edirik:



Tanınmış müğənni intihar etdi – Foto/Video
Tanınmış müğənni intihar etdi – Foto/Video