backend

“Qalatasaray”da 80 oyuna 11,6 milyon avro qazandı

“Qalatasaray”da 80 oyuna 11,6 milyon avro qazandı




Həmid Altıntop 20112-ci ildə Madrid “Real”ından “Qalatasaray”a gəldiyi vaxt uzun müddət müzakirə olunmuşdu. “Qalatasaray”la “Fənərbaxça” arasında amansız transfer çəkişməsində “Qalatasaray” qazanmışdı. Amma, ötən 3,5 mövsümdə Həmid Altıntopun ortaya qoyduğu performans ümidləri doğrultmadı.

33 yaşlı Həmid Altıntop qolları və asistləri ilə yox zədələri ilə yaddaşlarda qaldı. Mövsüm ərəfəsində zədələnən futbolçu bu mövsüm meydana çıxmayıb.

“Qalatasatay”da keçirdiyi 1262 günün 383-ünü zədəli keçirən təcrübəki futbolçu 3,5 mövsümdə cəmi 80 oyuna çıxa bilib. Komandasına cəmi 3 qol və 9 asistlə kömək edən Həmid Altıntop bu müddət ərzində 11,6 milyon avro qazanıb.

Mövsümün sonunda sərbəst qalmalı olan Həmid Altıntopla “Qalatasaray”ın yeni müqavilə imzalaması mümkün görünmür.