backend

İraq: qoşunlar Ramadini "geri qaytarır"

İraq: qoşunlar Ramadini "geri qaytarır"


İraq qüvvələri özünü "İslam Dövləti" adlandıran qruplaşmanın zəbt etdiyi Ramadi şəhərinə daxil olub, mənbələr BBC-ə bildirib.

Hökümət həftələrdir Ramadini geyi qaytarmağa cəhd edirdi, amma bu, həmişə uğurlu olmurdu.
Son günlərdə qoşunlar şəhəri küçə-küçə, bina-bina geri qaytarmağa başlayıb.

Snayper atəşinin dayanmasından sonra kəşfiyyat rabitəsi hərəkətsizlik hiss etdikdən sonra qüvvələr irəliləyib.

İD silahlılarının şəhərin şimal-şərqinə qaçdığı güman edilir.

Hazırda döyüşlər şəhərin cənub qərbində davam etdirilir.

Əsasən sünni müsəlmanların yerləşdiyi bu şəhər Bağdadın qərbində yerləşir.

İD şəhəri mayda ələ keçirib.