backend

XXVII spartakiadasının bağlanış və XXVIII spartakiadasının açılış mərasimi keçirilib

XXVII spartakiadasının bağlanış və XXVIII spartakiadasının açılış mərasimi keçirilib




25 dekabr 2015-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Rayon Gənclər və İdman İdarəsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Bakı şəhər məktəblilərin XXVII spartakiadasının bağlanış və XXVIII spartakiadasının açılış mərasimi keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İ.Mahmudova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri A.Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini R.Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Y.Babanlı, Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru Q.Nəcəfov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı E.Əlizadə, Bakı şəhəri üzrə rayon gənclər və idman idarələrinin rəisləri, rayon ictimaiyyəti, rayonun təhsil və idman təşkilatlarının rəhbərləri, fəal gənclər və şagirdlər iştiak etmişdir.
Tədbiri aparan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov bütün qonaqları salamlamış, onlara rayon haqqında qısa məlumat vermişdir. Qeyd etmişdir ki, Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda Dövlətin gənclər və idman siyasəti layiqincə həyata keçirilir. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.
Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini S.Əbdülov 2014-2015-ci tədris ili müddətində keçirilmiş Bakı şəhər məktəbliləri arasında XXVII spartakiadanın yekunları haqqında məruzə ilə çıxış dərək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar), mini-futbol, "Cırtdan" və güllə atıcılığı növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 36 xalla I yeri, Xətai rayonu 40 xalla II yeri, Sabunçu rayonu 53 xalla III yeri, Səbail rayonu 55 xalla IV yeri, Qaradağ rayonu 76 xalla V yeri, Suraxanı rayonu 78 xalla VI yeri, Binəqədi rayonu 82 xalla VII yeri, Yasamal rayonu 90 xalla VIII yeri, Nəsimi rayonu 106 xalla IX yeri, Xəzər rayonu 128 xalla X yeri və Nizami rayonu 152 xalla XI yeri tutduğu yerləri barədə məlumat vermişdir.
Çıxış edən digər natiqlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri A.Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini R.Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Y.Babanlı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı E.Əlizadə və digər çıxışçılar ümumi XXVII spartakidanın proqramına daxil olan idman yarışlarında qalib gəlmiş Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təbrik etmiş, idmanın inkişaf etdirilməsini və kütləviləşməsini, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətini, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsini, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirləri vurğulamışlar.
Sonda Bakı şəhər məktəblilərin XXVII spartakiadasının növləri üzrə qalib gəlmiş məktəblərin müəllimləri və ümumi spartakidada I, II və III yerləri tutmuş rayon idarələri mükafatlandırılmışdır.