backend

Təhsil Nazirliyi: Ali məktəblərdə professor-müəllimlər ən azı 1000 manat maaş alır

Təhsil Nazirliyi: Ali məktəblərdə professor-müəllimlər ən azı 1000 manat maaş alır




Ali məktəblərdə işləyən professor-müəllim heyəti ən azı 1000 manat maaş alır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, ali məktəblərin təhsil haqlarından əldə etdiyi gəlirlərin 75 faizi müəllimlərin əmək haqlarına sərf edilir.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev isə deyib ki, gələn il yanvarın 1-dən 9 rayon və 3 şəhərin müəllimlərinin əmək haq ları artırılacaq.