backend

Jurnalistlər üçün təhlükəli ölkələr...

Jurnalistlər üçün təhlükəli ölkələr...




Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi (Committee to Protect Journalists) 2015-ci ildə 69 jurnalistin vəzifə borcunu yerinə yetirərkən öldürüldüyünü açıqladı.

ANS PRESS xəbər verir ki, CPJ –nin hesabatına görə, media nümayəndələri üçün Suriyadan sonra ən təhlükəli ölkə Fransa hesab edilib. 2015-ci ildə həyatını itirən 40 jurnalist Əl-Qaidə və İŞİD kimi terror qruplaşmaları tərəfindən öldürülüb. Hesabata görə, jurnalistlər vəzifələrini yerinə yetirərkən, müharibə gedən ərazilərdə həyatlarını itiriblər.

2014-cü ildə öldürülən jurnalistlərin sayı 61 olsa da, CPJ ən azı 26 ölən jurnalistin öldürülmə səbəbinin vəzifələri ilə əlaqədar olub - olmadığını araşdırır.

İŞİD tərəfindən edam edilən, Amerikalı jurnalist Ceyms Foley.

2015-ci ildə Suriyada 13 jurnalistin öldürülməsindən sonra beynəlxalq mediya qurumları bu ölkəyə jurnalistləri göndərməmək qərarı verib. Bundan sonra, Suriyada olan jurnalistlər bu ölkəni tərk ediblər.

Lakin CPJ Liviya, Yəmən və İraq kimi münaqişə zonalarında media işçilərinin ölümü hadisələrini araşdırmaqda çətinliklər çəkir.

Yanvar ayında Parisdə 8 jurnalistin qətlə yetirilməsi ilə nəticələnən Charlie Hebdo Charlie Hebdo qətliamı Əl Qaidənin öz üzərinə götürməsindən sonra Fransa da jurnalistlər üçün təhlükəli ölkələr siyahısına daxil edilib.

Digər tərəfdən Sərhəd Tanımayan Jurnalistlər qrupu 2015-ci ildə 110 jurnalistin öldürüldüyünü 67-nin isə vəzifə başında öldüyünü açıqlayıb. Beləliklə, 2004-cü ildən bu yana öldürülən jurnalistlərin sayı 787-ə çatıb.