backend

Qax rayonuna qar yağır

Qax rayonuna qar yağır



Yeni təqvim ili ərəfəsində Qax rayonunda qar yağır.

"Report" xəbər verir ki, dekabrın 30-da axsam saatlarından yağan qar hazırda da davam edir. Rayonun dağ kəndləri olan İlisu və Sarıbaş ağ örpəyə bürünüb. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndinə gedən avtomobil yolunu qar örtsə də kəndə gediş-gəliş məhdudlaşmayıb.