backend

"Bizi səbəbsiz yerə də tənqid edirlər, bunu hamı görür"

"Bizi səbəbsiz yerə də tənqid edirlər, bunu hamı görür"



"Real"ın baş məşqçisi Rafa Benitez mediada kluba qarşı məqsədli kampaniya aparıldığını düşünür.

Goal.az xəbər verir ki, Benitez səbəbsiz yerə atılan şübhələrdən narazılıq edib.

"Florentino, mənə və "Real"a qarşı kampaniya aparılır. Bizi səbəbsiz yerə də tənqid edirlər, bunu hamı görür. Xüsusilə kənardan baxanda bunu daha aydın sezmək olur. Komandada 24 futbolçu var. Amma kimsə heyətə düşməyəndə bunu şəxsi motivlərlə əlaqələndirən danışıqlar və şübhələr ortaya çıxır. Bizim komanda insanların düşündüyündən daha yaxşıdır. Futbolçularla münasibətim mətbuatda yazılandan olduqca yaxşıdır".