backend

NATO-nun eks-baş katibi: “Türkiyə regionda həlledici rol oynaya bilər...”

NATO-nun eks-baş katibi: “Türkiyə regionda həlledici rol oynaya bilər...”



1995-99-cu illərdə NATO-nun baş katibi olmuş Havyer Solana Türkiyəyə Rusiya ilə barışmaq imkanını rədd etməməyə çağırıb.

Musavat.com-un məlumatına görə, miqrant böhranı ilə bağlı Türkiyə ilə yaxınlaşan Avropa Birliyi üçün İŞİD terror təşkilatı ilə mübarizə əsas prioritet olaraq qalır və Rusiya ilə insident yaşanmasaydı, məhz Türkiyə Suriyaya yaxın olma səbəbindən regionda sülh prosesinin formalaşması üçün çox mühüm rol oynaya bilərdi.

Bununla belə, Solana bölgədə yaranmış situasiyanı qarmaqarışıq adlandırıb. Onun fikrincə, Türkiyə strateji yanaşma nümayiş etdirərsə, yaranmış mövcud çıxmaq gücündədir “Türkiyə bu yaxınlarda ciddi böhranları adlamaq qabiliyyətində olduğunu uğurlu şəkildə nümayiş etdirdi. Bunu nəzərə alsaq, o, Rusiya ilə barışaq ideyasından imtina eləməməldir. Belə yanaşma Suriya konflikti fonunda güclənən bir sıra risklərin idarə edilməsini asanlaşdırardı” – qeyd edib keçmiş baş katib.