backend

ABŞ Senatının komitə sədrindən ilginc iddia: “Səudiyyə Ərəbistanı Pakistandan nüvə silahı ala bilər...”

ABŞ Senatının komitə sədrindən ilginc iddia: “Səudiyyə Ərəbistanı Pakistandan nüvə silahı ala bilər...”



Səudiyyə Ərəbistanı İranla münasibətlərin kəskinləşməsi fonunda Pakistan hökumətindən nüvə silahı ala bilər. Musavat.com-un məlumatına görə, belə bir iddia ilə CNN-in efirində amerikalı senator, Senatın Milli təhlükəsizlik və hökumət müəssisələrinin işləri üzrə komitəsinin sədri Ron Conson çıxış edib.

Jurnalistlərin bu cür anlaşmanın mümkünlüyü ilə bağlı sualına cavabında o deyib: “Bizim çoxumuz narahat idik ki, İranla bağlı təklif edilən saziş Yaxın Şərqdə nüvə silahının yayılması və silahlanma yarışını gücləndirəcək. Bu ciddiyə alınmalı olan real riskdir. Səudiyyə Ərəbistanının Pakistanla həqiqətən yaxşı əlaqələri var və onlar bu silahı sadəcə, ala bilərlər. Ancaq bu, regionda vəziyyətin daha da ağırlaşmasına gətirəcək”.

Senator həmçinin, Səudiyyə Ərəbistanı ilə İran arasında geniş miqyaslı hərbi əməliyyatların başlaya biləcəyindən dərin narahatlıq keçirdiyini bildirib. “Bu gün müşahidə elədiyimiz – Yaxın Şərqdə strateji qüvvələr balansının dəyisməsidir. Böhranın yaranma səbəblərindən biri də odur ki, ər-Riyad daha ABŞ-ı özünün etibarlı müttəfiqi qismində görmür” – əlavə edib Komitə sədri.