backend

Jurnalist Samir Mirzə saxlanıldı

Jurnalist Samir Mirzə saxlanıldı

Jurnalist Samir Mirzə Binəqədi rayon 4 cü bölmənin əməkdaşları tərəfindən sorğu məqsədi ilə adı çəkilən bölməyə dəvət olunub.

Bu barədə jurnalistin yaxınlarına məlumat verilib.

Dünən (red-8 yanvar) axşam saatlarında polis əməkdaşları jurnalistin yaşadığı ünvana gəlib. Jurnalist evdə olmadığından polis əməkdaşları onun yaxınlarına bildiriblər ki, Samir Mirzə bölməyə gəlsin.

Bir neçə saat sonra valideynləri ilə bölməyə gedən Samir Mirzə hələ də sərbəst buraxılmayıb.

Xatırladaq ki, bir müddət əvvəl də Samir Mirzə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Qeyd edək ki, Samir Mirzə bir müddət əvvəl Azadxeber.az saytının əməkdaşı olub. Saytın baş redaktoru Nicat Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar Nicat Əliyevi vicdan məhbusu olaraq tanıyıb./Bizimyol.info/