backend

Göygöldə meşədə meyit tapıldı


Göygöldə bir nəfər bıçaqlanaraq qətlə yetirilib.

“Qaynarxatt.info Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Göygöl rayonunun Mirzi kəndi ərazisindəki meşədə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.

Öldürülən şəxsin hələlik kimliyi məlum deyil. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetiliməsi araşdırılır.

Meyit Məhkəmə Tibbi Ekspertiza Ve Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.