backend

Zəlimxan Yaqub ölüm ərəfəsində nə istəyib? - Foto

Zəlimxan Yaqub ölüm ərəfəsində nə istəyib? - Foto

Ölənə yaxın heç kimi görmək istəmədi.

Bu sözləri dünən vəfat edən xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov atasının son anları haqda Axar.az-a danışarkən deyib. O, atasının dünyadan rahat getdiyini bildirib:

“Onun son sözləri bu oldu: “Vətənim, dövlətim üçün mənalı, şərəfli bir ömür yaşadım. Övladlarıma da elə bir ömür yaşamağı arzu edirəm”. Son anlarında kimisə və ya nəyisə istəyib-istəmədiyini soruşduq. Heç bir şey istəmədi”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub sabah saat 12:00-da I Fəxri Xiyabanda dəfn ediləcək.

Bu gün səhərdən isə şairin yaşadığı mənzilin qarşısında mağar qurulub.Zəlimxan Yaqub ölüm ərəfəsində nə istəyib? - Foto