backend

"Əl-Qaidə" Səudiyyə Ərəbistanını təhdid etdi

"Əl-Qaidə" Səudiyyə Ərəbistanını təhdid etdi




Səudiyyə Ərəbistanında yanvarın 2-də aralarında "Əl-Qaidə" terrorçularının da olduğu 47 nəfərin edam olunmasının ardından, bu terror qruplaşması Riyad rəhbərliyinə qarşı təhdid mesajları yayımlanıb.

qaynarxett.az Musavat.com-a istinaden xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb.

Məlumata görə, bu terror qruplaşmasının Yəmən və Şimali Afrika qolu tərəfindən yayınlanan mesajda “Səudiyyə Ərəbistanı edamların bədəlini ödəyəcək” sözləri qeyd olunub.

"Əl-Qaidə" iddia edir ki, rəsmi Riyad edamları Qərb müttəfiqlərinə hədiyyə olaraq, həyata keçirib: “Riyad rəhbərliyi mücahidlərin başını xaçlılara Yeni il hədiyyəsi olaraq, təqdim etdi”.