backend

Bakıda ailəsini ov tüfəngi ilə hədələyən qadın saxlanıldı

Bakıda ailəsini ov tüfəngi ilə hədələyən qadın saxlanıldı



Bakıda qadın ov tüfəngi ilə ailə üzvlərini hədələyib. Polisə aparılan qadın bölmənin iş rejimini pozub.

qaynarxett.az-un məlumatına görə, hadisə bir neçə gün əvvəl Xəzər rayonunda baş verib.

Mərdəkan qəsəbəsi H.Aslanov küşəsi Bağlar sahəsində yaşayan 1972-ci il təvəllüdlü Aybəniz Şadkamal qızı Quliyeva "Vinçestr" markalı ov tüfəngi ilə ailə üzvilərini hədələyib. Bu barədə 102 qaynar xəttinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən silah qadından alınıb. Qadının ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Sərbəst buraxılan qadın daha sonra 102-yə zəng edərək silahı qaytarılmadığı halda intihar edəcəyini deyib.

Bu məlumatdan sonra qadın Xəzər rayon 1-ci Polis Bölməsinə gətirilib. Sərxoş vəziyyətdə olan A.Quliyeva polisin qanuni tələbinə tabe olmayaraq səs-küy salıb. Polis bölməsinin iş rejimini 20 dəqiqə pozduğuna görə qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə pratokol tərtib olunub.