backend

Bu il Azərbaycan iqtisadiyyatında artım 2,4 faiz olacaq – “Bloomberg”

 Bu il Azərbaycan iqtisadiyyatında artım 2,4 faiz olacaq – “Bloomberg”



2016-cı ildə Azərbaycanda ÜDM-nin artımı 2,4% olacaq.

qaynarxett.az-nun məlumatına görə, bu barədə “Bloomber” agentliyinin 2016-cı il üçün açıqladığı proqnozlarda deyilir.

Agentlik analitikləri Türkiyə və Gürcüstan iqtisadiyyatları üçün 3%-lik artım proqnozlaşdırır. Qazaxıstan üçün bu göstərici 2%, Rusiya üçün 0,5% həcmində gözlənilir.
Rusiyadan daha ağır vəziyyət Ekvadorda olacaq (-0,5%). Yunanıstanda -1,8%, Braziliyada -2,5%, Venesuelada isə -3,3% geriləmə gözlənilir.

Siyahıya Hindistan başçılıq edir. Ekspertlər bu il onun iqtisadiyyatı üçün 7,4%-lik artım proqnozlaşdırır. İkinci yerdə Çindir – 6,5%.