backend

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Varşavada aksiya keçirilib

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Varşavada aksiya keçirilib



Yanvarın 19-da Polşanın paytaxtı Varşavada ,müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə 20 Yanvar faciəsi Polşa ictimaiyyətinə daha fərqli üsulda çatdırılıb.

Aksiyada iştirak edən tələbələr Nail Əhməd, Rəsul Məmmədov, Məhərrəm Qarayev və Kamil Babayev üzərində 20 Yanvar faciəsini əks etdirən kiçik bukletləri, qərənfillərlə birlikdə şəhər sakinlərinə paylayıblar.Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən hazırlanmış bröşurların üzərində 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən zülmlər haqqında polyak dilində geniş məlumat verilib.

Aksiya zamanı tələbələr şəhər sakinlərinə sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncəki və sonrakı hadisələrin tarixi haqqında məlumat verilib, bbu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirilib.

Qeyd edək ki bu təşəbbüs Varşavanın mərkəzində həyata keçirilib və iki yüzdən çox Polşa vətəndaşı 20 Yanvar faciəsi haqda məlumatlandırılıb.