backend

Pakistan terroru internet oyunu olaraq təqdim edildi

Pakistan terroru internet oyunu olaraq təqdim edildi


Pakistanın Peşaver şəhərində 2014-cü ildə meydana gələn məktəb terrorunu əks etdirən Pakistan Ordu İntiqamı adlı oyuna tənqidlər artmaqda davam edir.

qaynarxett.az CNN-ə istinadən xəbər verir ki, Pakistanlı əsgərlərə terroristləri öldürməyi tapşıran oyun ölkənin milli marşı ilə başlayır.

Məlumata görə, 132 nəfəri uşaq olmaqla 145 insanın həyatını itirdiyi hücum 9 səviyyədən ibarətdir.

Oyunu hazırlayan "Punjab İnformation Technology Board" adlı firma tənqidləri nəzərə alıb və qəbul edib. Onlar bu oyunu hücumun birinci il dönümü üçün hazırladıqlarını qeyd ediblər.