backend

Şəhriyar Məmmədyarov yeni ildə ilk qələbəsini qazanıb

Şəhriyar Məmmədyarov yeni ildə ilk qələbəsini qazanıb


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında ilk qələbəsini qazanıb. "Report"un məlumatına görə, 31 yaşlı zəka sahibi bu uğura V turda nail olub.

Ağ fiqurlarla oynayan Məmmədyarov ingiltərəli Maykl Adamsı 50-ci gedişdə məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində azərbaycanlı qrossmeyster xallarını 2,5-ə çatdıraraq, 7-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə hərəyə 3,5 xala malik Fabiano Karuana (ABŞ) ilə Din Lijen (Çin) başçılıq edir.

Qeyd edək ki, növbəti turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək. 14 şahmatçının yarışdığı və 13 turdan ibarət turnirə yanvarın 31-də yekun vurulacaq.