backend

Sumqayıtda oğlan sevdiyi qıza 26 bıçaq vurdu - YENİLƏNİB

Cinayətkarın adı açıqlanıb.
Sumqayıtda oğlan sevdiyi qıza 26 bıçaq vurdu - YENİLƏNİB
Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan 24 yaşlı Səbinə Salayevanın evində Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev münaqişə zəminində ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk edib.

S. Salayeva hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

11:53

Sumqayıtda 24 yaşlı qız qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Səbinə Salayevanın meyiti yaşadığı evdən bir neçə metr aralıda tapılıb. 1992-ci il təvəllüdlü qızın bədənində 26 bıçaq xəsarəti aşkarlanıb.

Səbinə Cavanşir qızı Salayevanı qətlə yetirən şəxsin Bakı şəhər sakini olduğu müəyyənləşib. Hadisə qısqanclıq zəminində baş verib. Polisdən qaçıb gizləndiyindən, hadisədə təqsirli bilinən şəxsin kimliyi hələlik açıqlanmır.

İlkin ehtimala görə, hadisəni törədən şəxs qızı sevdiyini dilə gətirib, əks tərəfdən yox cavabı alandan sonra onu xüsusi amansızlıqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.