backend

Ukrayna referenduma gedir: konstitusiya dəyişəcək

Ukrayna referenduma gedir: konstitusiya dəyişəcəkUkraynanın Baş naziri Arseni Yaçenyuk konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsini təklif edib.

Axar.az Unian-a istinadən xəbər verir ki, Yaçenyuk “Baş nazirlə 10 dəqiqə” proqramında çıxış edərkən Ukrayna xalqının öz yeni konstitusiyasını müəyyən etmək hüququnun olduğunu bildirib:

“Xalq yeni, Avropa standartlarına uyğun Ukraynanın hansı konstitusiya ilə idarə olunmasına qərar verməlidir. Bu qərarı Ukrayna xalqından başqa heç kim verə bilməz”.