backend

İrandan gətirilən kartofda xəstəlik aşkarlandı - FOTO

İrandan gətirilən kartofda xəstəlik aşkarlandı - FOTO
Nazirlik məlumat yaydı.

İrandan Azərbaycana idxal olunan 24 ton kartof məhsulunda “kartof güvəsi” aşkar edilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Oxu.Az-a bildirilib.

Nazirlik tərəfindən Respublika Karantin Ekspertiza Mərkəzində “Divo CO” MMC tərəfindən qonşu ölkədən Azərbaycana idxal olunan kartof məhsulu üzərində ekspertiza həyata keçirilib.

“Ekspertiza zamanı məhsulun Azərbaycan üçün karantin tətbiq edilən zərərverici olan kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə sirayətləndiyi aşkar edilib.

Karantin tətbiq edilən orqanizm aşkar edilən 24 ton məhsul nazirliyin Fumiqasiya dəstəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Eyni zamanda, karantin tətbiq edilən zərərli orqanizmin aşkar edilməsi ilə bağlı hazırlanan müvafiq məlumat dərhal İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına da göndərilib”, - deyə KTN-dan qeyd edilib.

Qeyd edək ki, kartof güvəsi kartof da daxil olmaqla, quşüzümü fəsiləsinə aid bir çox bitkilər üçün (pomidor, bibər, badımcan, tütün və s.) təhlükəli zərərvericidir.
İrandan gətirilən kartofda xəstəlik aşkarlandı - FOTO