backend

Təyyarə qəzaya uğradı - Sərnişinlərlə dənizə düşdü - Son dəqiqə

Təyyarə qəzaya uğradı - Sərnişinlərlə dənizə düşdü - Son dəqiqə
Rusiyaya aid An-26 yük təyyarəsi Banqladeşdə qəzaya uğrayıb.
Sonxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə dənizə düşüb. Sərnişinlərdən 2-si balıqçılar tərəfindən xilas edilsə də, onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər ikisinin axtarışları davam etdirilir. Sərnişinlərdən dördü də Rusiya vətəndaşı olub.

Qeyd edilir ki, təyyarə krevetka daşınması ilə məşğul olub.