backend

Göyçayda sosial yardım üçün 6 aylıq pulundan keçməlisən - ŞİKAYƏT

Göyçayda sosial yardım üçün 6 aylıq pulundan keçməlisən - ŞİKAYƏT
Redaksiyanın elektron poçtuna Göyçay rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən qanunsuzluqlardan, korrupsiya və rüşvət tələblərindən bəhs edən şikayət məktubu daxil olub.Qeyd edək ki bir qədər əvvəldə Göyçay Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən qanunsuzluqlarla bağlı şikayət məktubunu dərc etmişdik. Mərkəzin sədrinin əlilə əlil kreslosunu pulla satdığı və ona müavinat təyin etmək üçün ondan pul tələb etdiyini bildirən faktlar şikayət məktubunda sadalanmışdı.Şikayətçi yazır:
"2006-cı ildən verilməyə başlanan ünvanlı yardım məsələsində yardımın bir neçə ayını onu verən məmurların mənimsəməsi iddiaları həmişə gündəmdə olub. Dövlətin yoxsulluğun azaldılması məqsədilə həyata keçirilən ünvanlı sosial yardım siyasətindən vətəndaşlar bəhrələnmək istəsələr də, bu hələ ki, bəzi yerlərdə istək olaraq da qalır. Əksər hissəsi işsiz olan kənd təsərrüfatı ilə məşğul olmağa torpağı, heyvanı olmayan sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilmirlər. Görülən tədbirlər nəticəsində vətəndaşlara göstərilən qayğı, diqqət artırılsa da, bəzi yerlərdə hələ də, qanunsuzluq edən məmurlar qalmaqdadır. Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdən bir müddət sonra ünvanlı sosial yardımların verilməsi prosesində bir sıra ciddi dəyişikliklər oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) ünvanlı sosial yardımı alanların siyahısı nazirliyin rəsmi saytında yerləşdirildi və yardımın mənimsənilməməsi üçün bir sıra müvafiq addımlar atıldı, həmçinin yerli şöbələrin xeyli vəzifəli şəxsləri iş yerini itirdi. Həmin zaman çərçivəsində bəzi məmurların canına necə deyərlər, vəlvələ düşdü. Amma bir müddət sonra yenidən əvvəlki iş prinsipləri ilə işləməyə davam etdilər. Göyçay rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində də, hazırda bu cür məmurlar qalmaqdadır. Mərkəzdə bəzi məsul şəxslər vətəndaşları süründürməçiliyə salır, onları bezdirir, insanlığa sığmayan hərəkətlər edirlər. Sözügedən mərkəzdə qohumbazlıq, rüşvətxorluq, korrupsiya və digər qanunsuz hallar baş alıb gedir."
Şikayətçi sonra yazır:
" Bizim Göyçay rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlara hədsiz problemlər yaradılır. Məlumat üçün qeyd edək ki, quruma rəhbərliyi Aqşin Qafurov edir. O bu mərkəzə gələndən sonra özündən əvvəlki sədrə rəhmət oxutdurmağı bacardı. Aqşin Qafurov barədə bir xoş söz tapıb demək mümkün deyil. Vəziyyət o yerə çatıb ki, mərkəzin direktoru Aqşin Qafurov heç kimi saymır, öz bildiyi kimi hərəkət edir. Göyçayda sosial yardımlar indi də köhnə qayda ilə verilir. Yəni yardımların 6 ayı mərkəz rəhbərinə, 6 ayı isə kasıb vətəndaşlara çatır. Elə adamlar var ki, onların kartı 8 ayda Aqşin Qafurovda qalır. Göyçay rayonunda kifayət qədər imkansız, kasıb ailələr olduğu halda, onlara qanunla yardım düşsə də, ancaq dövlətin ayırdığı müavinətləri ala bilmirlər. Ya əvvəldən müəyyən qədər gərək pul ya da kartın 6- 8 ay sədrdə qalsın. Yoxsa min cür bəhanə ilə camaata süni problem yaradacaqlar ki, həmin müavinətləri ala bilməsinlər. Aqşin Qafurovun yanına kim şikayətə gedirsə, hədə-qorxulara məruz qalıb məcburiyyət qarşısında onun şərtləri ilə razılaşırlar. Onunla razılaşmayıb yardım ala bilməyən insanlar isə narazılıqlarını bildirəndə sədr onları hədələyir. Çox təəssüflər ki, yaşanan hallar onu deməyə əsas verir ki, bizdə bu sahəyə nə qədər nəzarət edilsə də, bu kimi durumların qarşısını tam almaq olmur. Və bu səbəbdən də bəzi məmurlar istədikləri kimi hərəkət edirlər. Yalnız öz mənfəətlərini güdür və aztəminatlı ailələr üçün ayrılmış vəsaitə belə, göz dikirlər.
Biz inanırıq ki, siz bizim şikayətimiz lazımı yerlərə çatdıracaqsınız!"
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!