backend

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI TƏRƏFİNDƏN FƏALİYYƏTLƏRİNƏ RAZILIQ VERİLMİŞ TƏSNİFAT CƏMİYYƏTLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLƏRİ İLƏ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA GÖ

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI TƏRƏFİNDƏN FƏALİYYƏTLƏRİNƏ RAZILIQ VERİLMİŞ TƏSNİFAT CƏMİYYƏTLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLƏRİ İLƏ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA GÖ
Dəniz Administrasiyasında cari ilin 17 fevral tarixində “Rusiya Dəniz Gəmiçilik Registri” (RMRS), “Amerika Dəniz Gəmiçilik Burosu” (ABS), “Registro İtaliana Navale” (RİNA), “Büro Veritas” (BV) və “Türk Loydu Vakfı” (TL) Təsnifat Cəmiyyətlərinin nümayəndələri ilə birgə görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən gəmilərin texniki müayinəsinin həyata keçirilməsində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş standartların, qətnamələrin və Beynəlxalq Konvensiyalara edilmiş dəyişikliklərin yerinə yetirilməsi, habelə Azərbaycan Respublikasının milli qanunvericiliyinin tələblərinə əməl edilməsi barədə müzakirələr aparılmışdır.
Eyni zamanda Dövlət Dəniz Administrasiyası tərəfindən fəaliyyətinə razılıq verilmiş Təsnifat Cəmiyyətləri ilə qarşılıqlı əməkdaşlığın Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 21 iyun 2013-cü il tarixli, MSC.349(92) nömrəli Qətnaməsi ilə təsdiq edilmiş “Tanınmış təşkilatlara dair Məcəllə”yə uyğun həyata keçirilməsi barədə müzakirələr aparılmış və bununla bağlı məlumatların Beynəlxalq Dəniz Təşkilatına göndərilməsi barədə razılıq əldə edilmişdir.
Həmçinin, Dəniz nəqliyyatı sahəsi üzrə Beynəlxalq Konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin müəyyən edilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxeminə əsasən Azərbaycan Respublikasının 2017-ci ilin may ayında Audit yoxlamasından keçəcəyi barədə məlumat verilmiş və qeyd edilən yoxlama zamanı fəaliyyətinə razılıq verilmiş Təsnifat Cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun qiymətləndiriləcəyi nəzərə çatdırılmışdır. Qeyd edilən yoxlamanın keçiriləcəyi tarixədək qarşılıqlı görüləcək işlər barədə

müzakirələr aparılmışdır.

qaynarxett.az