backend

Musa Şəkiliyevin başı dərddə - Başçı sərxoş olub, müavinini qovdu - İDDİA

Musa Şəkiliyevin başı dərddə -  Başçı sərxoş olub, müavinini qovdu - İDDİA
Qax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Musa Şəkiliyev yaxın günlərdə vəzifəsindən azad olunacaq

Məlumata görə, buna səbəb son iki ildə Qaxdan Prezident Administrasiyası başda olmaqla, yüksək dövlət qurumlarına şikayət xarakterli müraciətlərin hədsiz artması və icra başçısının adının bir neçə xoşagəlməz hadisədə hallanmasıdır. “Son bir neçə gündə rayonda Musa Şəkiliyevin 6 ildir tutduğu postdan kənarlaşdırılacağını bəzi yerli məmurlar qeyri-rəsmi atmosferdəki söhbətlərində də dilə gətirməyə başlayıblar” - mənbələrimiz vurğulayıblar.

Daxil olan məlumatda həmçinin vurğulanır ki, Şəkiliyev 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib, 12 aprel 2010-cu ildə isə Qax RİH-nin başçısı vəzifəsinə təyin edilib. “Bu təyinatda mühüm rolu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə oynayıb. Belə ki, Musa Şəkiliyev onun xalasıoğludur. Şəkiliyevdən əvvəl isə Qaxa Əhməd Əhmədzadənin qardaşı, hazırda Zaqatala rayonunun icra başçısı postunu tutan Mübariz Əhmədzadə rəhbərlik edib. Bir sözlə, Qax “meliorasiya şefi” tərəfindən özəlləşdirilmiş rayon sayıla bilər” deyə mənbələrimiz bildiriblər.

Qaynaqlarımızın deməsinə görə, rayonda mühüm vəzifələri Əhmədzadənin və xalasıoğlunun yaxın qohumları tutur. Məsələn, Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə Ə.Əhmədzadənin qardaşıoğludur. Maraqlıdır ki, həmin vəzifəni T.Əhmədzadədən əvvəl atası, yəni Ə.Əhmədzadənin mərhum qardaşı Fərman Əhmədzadə tutubmuş. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax Rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadə də “meliorasiya şefi”nin yaxın qohumudur. Bundan başqa, rayondakı ən böyük müəssisə olan “Qax Tütün”ün sahibi icra başçısının qardaşı Eldəniz Şəkiliyevdir. Əhmədzadələrin və Şəkiliyevlərin Qaxda restoranlarının və hotellərinin varlığı da heç kimə sirr deyil.

“Hazırda əhalinin yerli rəhbərlikdən ciddi narazılığı var. Bundan başqa, icra başçısının adı rayon camaatı arasında mütəmadi olaraq müəyyən xoşagəlməz söz-söhbətlərin qəhrəmanına çevrilir. Elə bu səbəbdən də Musa Şəkiliyevin yaxın vaxtlarda vəzifəsindən kənaraşdırılacağı gözləniləndir. Onun yerinə isə son illərdə ilk dəfə Əhməd Əhmədzadənin qohumu olmayan bir şəxsin tutacağı gözlənilir. Bir sözlə, Qaxın “meliorasiya şefi”nin nəzarətindən çıxarılması an məsələsidir” deyə mənbələrimiz qeyd ediblər.

P.S Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Bu barədə İca Hakimiyyətindəki mənbə məlumat verib.

Mənbə iddia edir ki, Musa Şəkiliyev bu günlərdə sərxoş olub. Bu zaman onunla birinci müavini Tahir İsmayılov arasında problem yaranıb. Müavininə əsəbiləşən başçı onu otağından qovub.

Məlumatı verən mənbənin sözlərinə görə, Musa Şəkiliyev ümumiyyətlə içkiyə meyilli insandı. İcra Hakimiyyətinin əməkdaşları onun tez-tez içkili halda işə gəlməsinin şahidi olub. Yaxınları dəfələrlə başçıya içib işə getməməyi məsləhət görsə də, o, öz şakərindən əl çəkmir. Musa Şəkiliyevlə I müavini arasındakı gərginliyin də məhz bu üzdən yaranması ehtimal olunur.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...