
Azərbaycan Müdafiə Nazirliyi daha öncə, ermənilər mülki əhaliyə atəş açmağa davam edərlərsə, Azərbaycan ordusunun Xankəndi şəhəri başda olmaqla, işğal olunmuş ərazilərimizə dağıdıcı zərbələr endirəcəyinə dair bəyanat yaymışdı
Politika.Az "Caucasus Liveuamap"a istinadən verdiyi məlumata görə, mətbuat konfransı keçirən Qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti", Xankəndi vurulacağı təqdirdə, hücuma keçəcəklərini bildirib. O, cəbhəyanı ərazilərlə yanaşı, Azərbaycanın digər bölgələrinin də vurula biləcəyini istisna etməyib.
Qeyd edək ki, Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq, Ermənistan Silahlı Qüvvələri mülki əhaliyə atəş açmağa davam edir.