backend

Rusiya Ermənistanı dilə tutur ki, bir neçə rayonu Azərbaycana qaytarsın

Rusiya Ermənistanı dilə tutur ki, bir neçə rayonu Azərbaycana qaytarsın

Bu gün Ermənistan mediasının əsas mövzularından biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəyə səfəri olub

ArmenianReport saytının xəbərinə görə, Lavrov Ermənistan rəhbərliyi ilə Qarabağ cəbhəindəki hərbi eskalasiyanı, münaqişənin sülh yolu tənzimlənməsi yollarını müzakirə edib.

"Aykakan Jamanak" qəzeti yazıb ki, Lavrovun Ermənistan rəhbərliyi ilə görüşündə Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılması məsələsi müzakirə olunub. İnformasiyaya görə, rusiyalı nazir Ermənistan tərəfini belə bir kompromisə getməsi üçün dilə tutub.

Bildirilir ki, Ermənistanın belə bir addıma sövq edilməsi Azərbaycanın Rusiya tərəfindən yaradılan yeni Avrasiya iqtisadi birliyinə daxil olmağa razılaşdırmaqdan ötrüdür.