backend

Nizami əslində Mərkəzi Asiyadan imiş? - ŞOK XƏBƏR

Nizami əslində Mərkəzi Asiyadan imiş? - ŞOK XƏBƏR
XII əsrdə yaşayan şair Nizami həqiqətən də Orta Asiyada –Mavərənnəhr adlanan tarixi ərazidə anadan olub

Mavərənnəhr Orta Asiyada Amudərya və Sırdərya çayları arasındakı əraziləri əhatə edirdi. Mənası isə “çayın o biri üzü” deməkdir. XI əsrin sonlarında o şəhərdə anadan olan şair Nizami isə əsla bizim, eləcə də Şərqin böyük şairi Nizami Gəncəvi deyil. Bu Nizami Əruzi adı ilə tanınan Nizami Gəncəvinin müasiri olan bir şairdir.

Politika.Az saytının təqdim etdiyi yazıda məqsəd təkcə Nizami Əruzu haqqında danışmaq deyil. Başlıq da sadəcə olaraq oxucunu cəlb etmək üçün nəzərdə tutulmayıb. Onun da uzaqdan-yaxından bizim Nizami Gəncəviyə aidliyi var. O mənada ki, uzun illər farslar, taciklər Nizamini özününküləşdirməyə çalışdılar. Amma araşdırmaçılar həm Nizami Gəncəvinin yaşadığı 1141-1209-cu illərdə, yəni XII və XIII əsrlərdə, həm ondan əvvəl, həm də ondan sonra bir sıra Nizamilərin olduğunu qeyd ediblər.

Professor Sənan İbrahimovun İran, Əfqanıstan və Tacikistan ədəbiyyatından bəhs edən monoqrafiyasında da bu haqda faktlara rast gəlmək mümkündür.

Nizami Əruzudən yazmağımızın səbəbi təkcə Gəncəvi ilə eyni dövrdə yaşaması deyil. Burada əsas səbəb Nizami təxəllüsünə görə onun da başının çox ağrıması olub. Odur ki, Mavərənnəhrdən olan Əruzi haqqında yazmaqla o zamanın Nizamilərinin çox olduğunu böyük Gəncəvinin isə yalnız Azərbaycana aidliyini nəzərə çatdırmaqdır:

Bəlx əmiri Rəvanşah bir dəfə Nizami Əruzini yanına çağırtdırır. O zaman Şərqdə Nizami imzası ilə yazan şairlər çox olub. Əmir fərraşların gətirdiyi şairə baxaraq onu qəbul etmir. Deyir ki, mən bu Nizamini istəmirəm. Başqa Nizami varsa onu yanıma gətirin. Çünki əmir Nizami təxəllüsü ilə yazılan qəzəlləri görmüş və onu dəvət etmişdi. Ona cavab verirlər ki, Orta Asiyada Nizamilər çoxdu. Amma ən yaxşı şairlər bu üç Nizamidir: Nizami Nişapuru, Nizami Səmərqəndi və Nizami Muniri. Əmir onlardan hər üçünü tanıdığını deyir. Amma Əruzinin də nəsə oxumasını istəyir. Nizami Əruzu oxuduğu qəzəl, səlis nitqi əmiri valeh edir. Ayağa qalxaraq onu alqışlayır və sarayında saxlayır.

Amma Nizami Əruzinin həyatı haqqında fərqli məlumatlar da var. Bəzi mənbələrdə qeyd olunur ki, Sultan Səncər onun yaşadığı şəhəri dağıdır, aid olduğu təkkəni məhv edir. Şeyxi isə əsir tutur. Amma o qaçaraq Heratda gizlənir.

Başqa mənbədə isə onun Şərqin böyük şairi Ömər Xəyyamla yaxın dost olduğu yazılır.

Başqa bir mənbə isə onun Sultan Səncərlə yaxın dost olmasını göstərir.

Amma ən önəmli detal isə onun yazdığı “Çahar məqalə” əsəri ilə bağlıdır. O əsər ingilis şərqşünas Edvard Braun tərəfindən tərcümə edilib. Kitabın üzərində Nizamini XII əsr farsdilli ədəbiyyyatı inkişaf etdirən şəxs kimi göstərilir.

Elə bu kimi faktlar da Nizami Əruzini Gəncəvinin yaşadığı dövrdə fars dilində yazan şairlərdən biri kimi təqdim edir. Odur ki, bu kimi faktlar böyük Nizami Gəncəvinin timsalında daha da işıqlanır. XII əsr farsdilli ədəbiyyatı inkişaf etdirən şair Nizami deyəndə onun təkcə Nizami Gəncəvi olduğu fikri yanlışdır.

Elmin Nuri