backend

Vaşinqtonda dollar qonaqlığı verən xanım Bakıdakı icra başçısının qızıdır

Vaşinqtonda dollar qonaqlığı verən xanım Bakıdakı icra başçısının qızıdır
Azərbaycanın icra başçılarından birinin Amerika Birləşmiş Ştatlarında (Vaşinqton) yaşayan qızı barədə dünən yaydığımız xəbər sosial şəbəkələrdə xeyli müzakirələrə yol açıb

Politika.Az xəbər verir ki, modern.az-ın bu xəbərinə ağız büzənlər də az olmayıb.

Xatırladaq ki, icra başçısının qızı Vaşinqtondakı dostlarına verdiyi qonaqlıqla hamını heyrətləndirə bilib. Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara “dollar qonaqlığı” verib.

Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf edir.

Qeyd edək ki, həmin xanımın adı və kimliyi Modern.az saytına məlumdur, amma məclisdən çəkilən fotolar hələ əlimizdə olmadığından xəbərdə konkretliyə varmadıq.

Hələlik dəqiqləşdirilmiş məlumat bundan ibarətdir ki, səs-küylü qonaqlığı verən xanım hazırda Bakı rayonlarının birinə rəhbərlik edən icra başçısının qızıdır.
qaynarxett.az