backend

Salyan Suvarma Sistemləri İdarəsində "QUMARXANA" ...

Salyan Suvarma Sistemləri İdarəsində "QUMARXANA" ...
Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun külli miqdarda borca düşdüyü bildirilir Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun külli miqdarda borca düşdüyünə dair məlumatlar yayılıb. Deyilənə görə, sözügedən şəxs hətta məclislərin birində düşdüyü durumu etiraf da edib. Mənbə iddia edir ki, Tahir Yusifovun borca düşməsinin səbəbi qumar məsələsidir. Belə ki, idarə rəisinin qumar oynayaraq, pul uduzmasıdır. Hətta onun kimlərlə kart sıxdığı və nə qədər borca düşdüyü də məlumatlar sırasında var. Lakin bəzi səbəblərdən bu barədə geniş açıqlama verməyə hələlik lüzum görmürük. Salyan Suvarma Sistemləri İdarəsinin başqa bir əməkdaşının da adı qumar məsələsində hallanır. Həmin şəxs idarənin rəisi Əliyar müəllimdir ki, onun da Tahir Yusifov kimi öz «dairəsi»ndə oyunlar oynadığı vurğulanır.

Xatırladaq ki, baş mühasibin adı ötən il evinə basqın edilməsi və oğurluq məsələsində də çəkilirdi. Belə ki, Əliyar müəllimin evinə girən quldurlar onun pullarını aparmaqla yanaşı, özünə də xəsarət yetirmişdilər. Hadisədən dərhal sonra cinayət işi açılsa da, bu hadisənin konkret səbəbləri və nəticələri barədə heç bir bilgi verilmədi. Sonradan məlum olub ki, elə zərərçəkənin özü bu məsələdə maraqlı olmayıb. Bu əsnada, onu da bildirək ki, Salyanda əkin sahələrinin suvarılmasının durumu bərbaddır. Hökumətin kənd təsərrüfatını gücləndirməsi və inkişaf etdirməsi üçün hər il büdcədən ayırdığı milyonlarla vəsaitə rəğmən, hələ də vəziyyət dəyişməyib. Salyanda isə Suvarma Sistemləri İdarəsinin fəaliyyətsizliyi, daha doğrusu, prosesləri özbaşına buraxması nəticəsində nəinki fermerlər əkin sahələrini suvarmaq imkanı əldə edə bilirlər, heç su da tapa bilmirlər
.
Qeyd edək ki, hazırda Suvarma Sistemləri İdarəsinin nəzarətində olan su kanallarının durumu bərbaddır. Əkin sahələrinə verilən suyun normadan aşağı olması və bu zaman maddi məsələlərin daha qabarıq şəkildə özünü göstərməsi fermerləri şikayətlər etməyə vadar edir. İdarənin tabeçiliyindən xeyli sayda texnikanın olması da sirr deyil. Lakin Tahir Yusifov nədənsə, su kanallarının lildən təmizlənməsi işini həmin texnikaların hesabına deyil, qohumunun olan SMD MMC-yə həvalə edir. Nəzərinizə çatdıraq ki, təkcə bu əməliyyatlar üçün hər il büdcədən 200 min manat pul ayrılır ki, onun da qohumlar arasında bölüşdürüldüyü artıq gizli deyil. Çünki bu pul təyinatı üzrə xərclənsəydi, su kanallarının lil və qamışlıq içində it-bata düşməsi müşahidə olunmazdı. Sonda onu da bildirək ki, Tahir Yusifovun maliyyə maxinasiyaları təkcə SMD MMC ilə yekunlaşmır.

Onun həmçinin digər MMC-lərlə sıx əlaqələri olduğu da təsdiqini tapan məlumatlardandır. Növbəti sayımızda Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun hansı MMC-lərlə əlbir olaraq, büdcə vəsaitlərini hansı kanallarda «yuduğu»na dair geniş məlumat verəcəyik. Bundan başqa, onun illərdən bəri büdcə vəsaitləri hesabına qazandıqları pullarla Bakıda və rayonda hansı mal və mülklərə sahib olduğuna dair siyahını oxucuların ixtiyarına verəcəyik. Məsələ ilə bağlı Tahir Yusifovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.