backend

İrandakı seçkilərdə SENSASİYA - Proqnozlar alt-üst oldu

İrandakı seçkilərdə SENSASİYA - Proqnozlar alt-üst oldu
İran İslam Respublikasında keçirilkən parlament seçkilərinin 2-ci turunda prezident Həsən Ruhaninin dəstəklədiyi islahatçılar qələbə qazanıblar.

modern.az bildirir ki, "Reuters" agentliyinin əldə etdiyi informasiyaya görə, islahatçılar parlamantdə ən çox kürsüyə malik olacaq siyasi gücə çevriliblər.

Fevral ayında keçirilən ilk turda islahatçılar böyük uğur qazanaraq 95 yerə, mühafizəkarlar isə 105 deputat kürsüsünə sahib olmuşdular. İkinci turda daha 68 mandatın taleyi həll olunurdu. İslahatçıların 35 kürsünü qazana bildikləri xəbər verilir.

Beləliklə, islahatçılar 290 yerlik İran Ali Məclisində 130 mandata sahib olsalar da, mütləq üstünlüyü qazana bilməyiblər.

qaynarxett.az