backend

TƏCİLİ: Hərbi hissəyə hücum edildi: Ölənlər var - Video

TƏCİLİ: Hərbi hissəyə hücum edildi: Ölənlər var - Video
Məlumata görə, hüquq-mühafizə orqanları şəhərin 3 rayonunda – Filarmoniya, 5-ci mikrorayon və “Pallada” silah mağazasında əməliyyata başlayıb.

Hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.

Qeyri-dəqiq məlumata görə, naməlum şəxslər silah mağazasını qarət ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları evlərindən çıxmamağa çağırıb. Ticarət mərkəzxindəki insanlar təxliyyə olunur.
Bu barədə Tengrinews.kz saytı məlumat yayıb.
Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmisi Almas Sadubayev hadisə bağlı açıqlama verib.

“Aktobe rayonunda naməlum şəxslər “Pallada” silah mağazasına hücum ediblər. Daha sonra başqa bir silah mağazası və Milli Qvardiyanın hərbi hissəsinə hücum edildiyi məlum olub. Hücum zamanı mağanın satıcısı həlak olub, 1 nəfər də yaralanıb. Hərbi hissəyə hücumun qarşısını alarkən bir zabit və müqavilə ilə quylluq edən 1 hərbçi də həlak olub. 9 hərbçi də yaralanıb. Hüquq-mühafiə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində hücum edənlərdən biri saxlanılıb, 3 nəfər öldürülüb, 1 nəfər isə yaralanıb. Quldurlardan bir neçəsi gizlənməyə müvəffəq olub”, -Sadubayev bildirib.

QAYNARXETT.AZ