backend

Zamirə Hacıyeva ölkədən qaçıb! - 18 milyonluq mənimsəmədə ittiham olunur! (ŞOK)

Zamirə Hacıyeva ölkədən qaçıb! - 18 milyonluq mənimsəmədə ittiham olunur! (ŞOK)
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva barəsində həbs-qətimkan tədbirinin seçildiyi barədə məlumat öz təsdiqini tapıb

Politika.Az xatırladır ki, “Basta” saytının bugünkü məlumatında Zamirə Hacıyevanın həbs olunması barədə qərarın Nərimanov Rayon Məhkəməsi tərəfindən iyunun 1-də çıxarıldığı bildirilirdi. Onun həbsi barədə təqdimat isə Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən verilib.

Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon (!) manat pul çıxarmaqda ittiham olunub.

Lakin Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ldə London istiqamətində Bakını tərk edib və bu günə qədər geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

Mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda ittiham olunan Z.Hacıyeva barəsində məhkəmə qərarını təqdim ediRIK: