backend

SON DƏQİQƏ: BAŞLANDI - 25 MİN ORDU DÖYÜŞ MEYDANİNA CIXARILDI...

SON DƏQİQƏ: BAŞLANDI - 25 MİN ORDU DÖYÜŞ MEYDANİNA CIXARILDI...
Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq bu gündən qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimləri başlayır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər iyun ayının 24-dək davam edəcək.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.

Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.

Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq. Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.

Qaynarxett.az