backend

Son anda: TÜRKİYƏ YENƏ QANA BOYANDI - Yaralılar var

Son anda: TÜRKİYƏ YENƏ QANA BOYANDI - Yaralılar var
Atatürk hava limanındakı terror hadisəsindən sonra indi də Türkiyənin şərqində terror baş verib

Bu dəfə terroru PKK törədib.

PKK tərəfindən yola yerləşdirilən bomba hərbi maşınların keçişi zamanı partladılıb. Nəticədə 2 əsgər ağır yaralanıb. Yaralı əsgərlər Van şəhərinə çatdırılıb.

Daha bir bomba həyəcanı isə İstanbulda yaşanıb. Bazarların birində dava edən iki satıcı, bir qadının yaralanmasına səbəb olub. Belə ki, dava edən satıcıları görən vətəndaşlardan biri "canlı bomba var" deyə qışqırıb. Hadisədən sonra ərazidəki vətəndaşlar hadisə yerindən uzaqlaşmağa çalışıblar. Nəticədə bir qadın yıxılıb və qolu sınıb.

Qaynarxett.az