backend

“Türkiyə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir”

“Türkiyə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir”
Azad İsazadə: “Türkiyə Suriyanın gününə düşməyəcək, amma...”

Hərbi ekspert Azad İsazadə Politika.Az-a açıqlamasında Türkiyədəki mövcud durumu şərh edib. Ölkənin faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığına diqqət çəkən ekspert, bu problemin həllinin Türkiyə üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Türkiyə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir”
“Bu gün Türkiyə üçün ən böyük təhlükə vətəndaş müharibəsi təhlükəsidir. Bu hadisələr göstərdi ki, vaxtiylə vahid olan ordu da artıq vahid deyil. Ilk növbədə indiki Türkiyənin rəhbərliyi daxili siyasəti normallaşdırmaq məcburiyyətindədir. Əks halda Türkiyə çox ciddi problemlərlə üz-üzə qalacaq. Mən demirəm ki, Tüükiyə sabah Suriyanın vəziyyətinə düşəcək. Suriyadan fərqli olaraq Türkiyədə demokratik ənənələr daha dərindədir. Lakin Türkiyənin böhranla üz-üzə qaldığı və bu böhranın qısa zamanda həllinin zəruri olduğu həqiqətdir”.