backend

Gənc müəllimənin qan donduran dəhşətli həyat hekayəsi - Azərbaycanı sızlatdı

Gənc müəllimənin qan donduran dəhşətli həyat hekayəsi - Azərbaycanı sızlatdı
Fotoda gördüyünüz müəllimənin adı Nailədir

Mingəçevir şəhərində Riyaziyyat müəlliməsi kimi çalışır. Fiziki qüsurlu olsa da, həyata tutunmağı, hətta təhsilə bu qədər maraq göstərməyi ilə hər kəsdən daha çox seçilib. Hətta səndən və məndən də. Dəhşətlidir. Fiziki-qüsurlumu? Məncə qüsur bizdədir, Nailədə yox.

Politika.Az xəbər verir ki, Nailə müəlliməni hər gün məktəbə atası aparıb, gətirir. illərdir qızını qolları üzərinə alır, uşaqlıqdakı kimi əzizləyərək savadlı gənclər yetişdirmək üçün tədris ocağına yollanır. 11 il məktəb, 4 il universitet və yenidən məktəb. ATA adına layiq insan!

Bir neçə saat öncə səhifəmizə belə bir ismarıc daxil oldu:

"Salam. Sizə məktubum var. Adım Nigardır. Mingəçevirdən yazıram. Foto isə Nailə müəllimənindir. Mənim ən doğma müəlliməmin.Riyaziyyat müəlliməmizdir. İllərdir bizə dərs deyir. Çox sevirik onu. Yeriyə bilmir. Bununla belə bizim üçün gecə-gündüz çalışır. Oxuyaq deyə. Təəssüf ki, bizim ən yaxşı nəticəmizin onu necə xoşbəxt etdiyini sözlə izah edə bilmirəm. Atası Nailə müəlliməni uşaqlıqdan öz qolları üzərində həm məktəbə aparıb, həm də universitet oxutdurub. İndi də bizim məktəbə gətirir. Yox, məqsədim reklam deyil. Rica edirəm, düzgün anlayın. O bizim fəxrimizdir. Qürur duyuruq. İstərdim ki, belə zəhmətkeş müəlliməmiz olduğunu hər kəs bilsin. Öncədən təşəkkür edirəm!"(faktor.az)

QAYNARXETT.AZ