backend

“Türkiyə böyük təhlükə altındadır”

“Türkiyə böyük təhlükə altındadır”
Elxan Mehdiyev: “Ərdoğan hökuməti Türkiyənin bir çox dünya dövləti ilə münasibətini korlayıb”

Türkiyədə baş verən qiyam cəhdi yatırılsa da, qardaş ölkədə həbslərin davam etməsi, daxili vəziyyətin durmadan gərginləşməsi müşahidə edilməkdədir.
Maraqlıdır, Türkiyədə baş verən bu proseslər hansısa şəkildə Azərbaycana da mənfi mənada təsir göstərə bilərmi? Bu proseslər Türkiyənin özünə, onun təhlükəsizliyinə nə vəd edir?

Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev baş verənlərin bir tək Azərbaycana deyil, digər dövlətlərə də mənfi təsir göstərdiyini bildirdi:

“Türkiyədə baş verən olayların yalnız Azərbaycana deyil, bütün dünyaya mənfi təsiri var. Türkiyənin qonşuları, müttəfiqləri, NATO dövlətləri və s. dövlətəlr baş verənlərdən mənfi mənada təsirlənir. Ən əsası Türkiyənin təhlükəsizliyi təhlükə altındadır. Ərdoğan hökuməti Türkiyənin bir çox dünya dövləti, eləcə də müttəfiqi olan ABŞ, Almaniya, İtaliya ilə münasibətlərini korlayıb. Bu gün Türkiyə böyük təhlükə altındadır”.

Seymur Əliyev