backend

ŞOK!!! Fransadan qorxunc İstanbul xəbərdarlığı

ŞOK!!! Fransadan qorxunc İstanbul xəbərdarlığı

Fransadan qorxunc İstanbul xəbərdarlığı Fransadan qorxunc İstanbul xəbərdarlığı Fransadan qorxunc İstanbul xəbərdarlığı Fransadan qorxunc İstanbul xəbərdarlgı


Mərmərə dənizində 6 ay tədqiqat aparan Fransa seysmoloqları "Le Fiqaro" qəzetində hesabat dərc edərək İstanbulu 7-8 bal gücündə zəlzələ gözlədiyini bildiriblər.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, mütəxəssilər İstanbulun yerləşdiyi tektonik təbəqələrin altındakı plitə xəttində təzyiqin ən yüksək səviyyəyə çatdığını yazıblar. Bu isə 7-8 ballıq zəlzələyə səbəb ola bilər.

Məsələyə Türkiyə mütəxəssisləri də münasibət bildiriblər.

Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası və Zəlzələ Tədqiqatı İnstitutunun rəhbəri Mərmərə dənizində 7 gün 24 saat müşahidə apardıqlarını, ekstra anormal bir durumun olmadığını deyib.

Özənər İstanbulda 1999-cu il zəlzələsindən sonra növbəti zəlzələnin Mərmərə dənzində olacağı, təkanların 7 bal və daha yuxarı həddə çatacağı, İstanbula təsir göstərəcəyi barədə Türkiyə alimlərinin də ortaq bir qənaətdə olduğunu vurğulayıb: "Mərmərədə elmi çalışmalar davam edir. 7 bal gücündə zəlzələ olacağı sürpriz xəbər deyil. Biz 7 gün 24 saat Mərmərə dənizində seysmik vəziyyəti izləyirik. Əhalini təşvişə salan fərqli bir durum yoxdur".

Qəndilli Rəsədxanası və Zəlzələ Tədqiqatı İnstitutunun regional zəlzələ-sunami müşahidə və dəyərləndirmə mərkəzinin müdiri Əli Pinar deyib ki, 1999-cu il zəlzələsindən sonra bu bölgədə çoxsaylı araşdırmalar aparılıb: "Buna bənzər məqalələr tez-tez dərc olunur. Fövqəladə bir yenilik yoxdur. Mərmərə bölgəsində hər hansı yeni bir tektonik vəziyyət yaranmayıb".

İstanbul Universitetinin mühəndislik fakültəsinin Şənər Üşüməzsoy sosial medianı silkələmiş zəlzələ gözləntisini ciddiyə almadığını söyləyib.

1999-cu ildə İstanbulda baş vermiş 7,2 bal gücündə zəlzələ 18 min insanın ölümünə, 25 min nəfərin yaralanmasına səbəb olmuşdu.