backend

"Bu xəbər bizi olduqca kədərləndirdi" - Prezident İlham Əliyev

"Bu xəbər bizi olduqca kədərləndirdi" - Prezident İlham Əliyev
"Bu xəbər bizi olduqca kədərləndirdi" - Prezident İlham Əliyev "Bu xəbər bizi olduqca kədərləndirdi" - Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Mia.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir: "Hörmətli cənab Prezident, Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.