backend

Ukraynanın erməni əsilli DİN rəhbəri azərbaycanlılara divan tutur - Soydaşlarımızı Bakını hərəkətə keçməyə səslədi

Ukraynanın erməni əsilli DİN rəhbəri azərbaycanlılara divan tutur - Soydaşlarımızı Bakını hərəkətə keçməyə səslədi

Son günlər mediada Ukraynada yaşayan azərbaycanlıların təzyiqlərə, həbslərə məruz qalması halları barədə xəbərlərin sayı durmadan artır

Demək olar ki, hər gün Ukraynada yaşayan soydaşlarımızın oğurlanması, obyektlərinin yandırılması, həbs olunmaları barədə xəbərlər yayılır.

Gununsesi.info-nun elektron poçtuna Ukraynada yaşayan soydaşlarımızın göndərdiyi məktubda da bu barədə ciddi narahatlıq ifadə olunub.
Məktubda qeyd olunur ki, son bir neçə gündə azərbaycanlı iş adamları Ukrayna daxili şlər orqanı əməkdaşları tərəfindən qanunsuz həbs olunur. Ukraynadakı soydaşlarımızın üzləşdiyi təzyiq və qanunsuz həbs halları isə təsadüfi deyil. Belə ki, bütün bunların başında Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Borisoviç Avakov durur.

Ukraynada yaşayan iş adamları yazır ki, Avakovun azərbaycanlıları görməyə gözü yoxdur: “Baxmayaraq ki, Ukrayna kimi demokratik bir ölkədə nazirdir. Biz Ukrayna rəhbərliyinə onun bu hərəkərlərini dayandırması üçün müraciət edəcəyik. Təəssük ki,Azərbaycanın aiddiyyatı qurumları XİN və Diaspora Komitəsi hələ ki, susur. Biz öz dövlətimizi də baş verənləri araşdırmağa çağırırıq”.

Gununsesi.info xatırladır ki, Ukraynanın DİN rəhbəri Arsen Borisoviç Avakov 1964-cü il yanvarın 2-də Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada yaşayır.