backend

TƏCİLİ: Göygöldə toy yasa döndü – Ölən və yaralanan var

TƏCİLİ: Göygöldə toy yasa döndü – Ölən və yaralanan var

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan "VAZ 2107" markalı avtomobillə "Niva" markalı avtomobillin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

Qəza zamanı "VAZ 2107" markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. "VAZ 2107" markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb. "Niva" markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***
Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb.

Toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)